Dünya futbolu
Verratti də ərəblərin hədəfindədir
Ərəblər daha bir ulduzu Avropadan aparmaq istəyir. Marko Verrattiyə Səudiyyə Ərəbistanının bir neçə klubundan sərfəli təklif gəlib.
Futbolinfo.az xəbər verir ki, İtaliya millisinin yarımmüdafiəçisi bu yay iş yerini dəyişəcək. 30 yaşlı oyunçu 11 ildir şərəfini qoruduğu PSJ-dən ayrılmağa qərar verib. Onun parislilərlə hələ 3 illik müqaviləsi qalsa da, azarkeşlərlə problem yaşadığı üçün ayrılmağa qərar verib. Klub da onu satmağın əleyhinə deyil.
Bugünədək Verrattiylə “Yuventus”, “Milan” və bir neçə İngiltərə klubu maraqlanırdı. İndi Səudiyyə Ərəbistanından gələn təkliflərlə Markonun qiyməti daha da qalxacaq. PSJ avropalıların təklifləri ilə müqayisədə daha çox qazanmaq imkanına malikdir. Bunun üçün yarımmüdafiəçinin özü də Asiyaya getməyə razı olmalıdır.
Verratti hazırda tətildədir və düşünmək üçün vaxt istəyib. O, qərarını ayın sonunadək verəcək.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Ölkə futbolu2024-05-06 13:45
Qapıçının ilk qol ötürməsi