Ölkə futbolu
Veşoviç “Braqa”ilə cavab matçında oynaya biləcək
UEFA-nın “Qarabağ”ın futbolçusu Marko Veşoviçə verdiyi cəzanın müddəti bəlli olub. Avropa futbol qurumu 32 yaşlı cinah müdafiəçisini bir oyun diskvalifikasiya edib.
Monteneqrodan olan oyunçu dekabrın 14-də İsveçin “Hakken” komandasını məğlub etdikləri (2:1) Avropa Liqasının qrup mərhələsinin VI turunun qarşılaşmasının 56-cı dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.
Veşoviç Portuqaliyada “Braqa”ya qarşı keçirəcəkləri pley-offun ilk oyununu buraxacaq. O, Bakıda gerçəkləşəcək cavab görüşündə komanda yoldaşlarına kömək edə biləcək.
Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd