Ölkə futbolu
Veteranlar Bakı Biznes Mərkəzində
Bu gün AFFA Veteranlar İttifaqı bir araya gəlir. Fevralın 13-də “Park İnn” otelində keçirilməsi planlanan, lakin təxirə salınan toplantı nəhayət, baş tutacaq.
Ölkənin üzdə olan bütün veteranlarının dəvətli olduğu tədbirdə nələrin müzakirə olunacağı bilinmir. Güman ki, yeni yaradılan Futbol İctmaiyyətinin Azad Həmkarlar İttifaqının fəaliyyəti AFFA-nı narahat edir və bu üzdən daha dəbdəbəli tədbir keçirmək, veteranların AFFA ətrafında birləşdiyini göstərməyə çalışacaqlar. Hətta Futbol İctmaiyyətinin Azad Həmkarlar İttifaqının üzvləri, sədr Nazim Süleymanov da bu tədbirə dəvət edilib.
Maraqlıdı ki, tədbiri mətbuatdan gizlətməyə çalışırlar və KİV-ə dəvət göndərilməyib. Hətta tədbirin baş tutacağı yer də gizli saxlanılır, AFFA-nın saytında hər hansı rəsmi məlumat yoxdu. Bununla belə, veteranların Bakı Biznes Mərkəzində, saat 10.00-da bir araya gələcəyini öyrənmişik.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun yalançı birgəlik, həmrəylik şousuna digər vitse-prezident Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvləri Kazbek Tuayev və İsgəndər Cavadov da qatılacaq.