Dünya futbolu
“Vilyarreal” “Qarabağ”la oyuna ciddi itkilərlə çıxacaq
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Vilyarreal” heyətlə bağlı ciddi problemlərlə üzləşib.
Futbolinfo.az xəbər verir ki, komandanın hücumçusu Jerar Morenonun bu ayın sonuna qədər oynamayacağı dəqiqləşib.
İspaniya yığmasının heyətində sol ayaq budundan xəsarət alan forvard tibbi müayinədən keçib və 2-3 həftə meydana çıxa bilməyəcəyi bəlli olub. Bu isə o deməkdi ki, 28 yaşlı forvard Avropa Liqasında ilk iki görüşü buraxmalı olacaq.
“Vilyarreal” Morenodan əlavə Pervis Estupinyan və Sofyen Şaklanı da itirib. Ekvador yığmasının heyətində zədələnən Estupinyanın da zədəsi ciddidir. Klub ekvadorlu futbolçunun müalicəsinə start verildiyini açıqlasa da, dəqiq nə vaxt sıraya dönəcəyi bilinmir. Koronavirusa yoluxan Şakla isə Mərakeşdə karantinə alınıb.
Qrup mərhələsinin ikinci turu çərçivəsində baş tutacaq “Qarabağ” – “Vilyarreal” qarşılaşması oktyabrın 29-da keçiriləcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib