Dünya futbolu
Vinisiusa görə şikayət
“Real” La Liqanın 29-cu turunda “Osasuna”ya qarşı matçın (4:2) baş hakimi Xuan Martinez Munueradan İspaniya Futbol Federasiyasına şikayət edib.
Madrid təmsilçisi rəsmi açıqlama yayaraq, Munueranın hərəkətlərinə baxılmasını istəyib. “Real” rəhbərliyinin fikrincə, baş hakim hücumçuları Vinisius Juniorun ünvanına rəqib komandanın azarkeşləri tərəfindən söylənən təhqirlərin bilərəkdən fərqinə varmayıb.
“Real” həmçinin İdmanda Zorakılıq, İrqçilik, Ksenofobiya və Dözümsüzlüklə Mübarizə üzrə Dövlət Komissiyasına da şikayət edib.
Qeyd edək ki, matç zamanı “Osasuna” azarkeşləri dubl edən Vinisiusa “Vinisius, öl!” deyə qışqırıblar, onu təhqir ediblər.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı