Dünya futbolu
Vlahoviç: “Azərbaycanla matçda het-trik edə bilərdim”
Futbol üzrə Serbiya yığmasının hücumçusu Duşan Vlahoviç DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Oyuna nəzarət tamamilə bizdə idi. Xeyli sayda qol epizodu yaratdıq. Daha çox qol vura bilərdik. Əsas odur ki, 3 xal qazandıq və Portuqaliyaya final oynamağa gedəcəyik”.
Qarşılaşmada dubl edən 21 yaşlı hücumçu öz çıxışından razı qalmadığını bildirib: “Meydanda maksimum gücümü ortaya qoymalıyam. Bu gün daha yaxşı oynaya, het-trik edə bilərdim. Şükürlər olsun ki, matçı zədəsi və 3 xalla başa vurduq”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib