Ölkə futbolu
Vüqar Nadirov: “Neftçi” gücünü artırıb”
“Hazırda pandemiya davam edir və biz karantin rejiminin yumşaldılmasını gözləyirik” – bunu futbolinfo.az-a açıqlamasında “Baku Sportinq” futbol akademiyasının direktoru olan Vüqar Nadirov deyib.
Azərbaycan millisinin sabiq hücumçusu Premyer Liqa klublarından təklif gözləmir, karyerasını bərpa etməyin artıq gec olduğunu anlayır: “Heç bir Premyer Liqa klubundan təklif gözləmirəm. Öz işimə davam edirəm. Çempionatı izləyirəm, normal oyunlar gedir. Kim güclüdürsə, o da qalib gəlsin. “Neftçi” gücünü artırıb. Bakılıların “Qarabağ”la rəqabət apara biləcəyini zaman göstərəcək. İzləyək, görək necə olacaq”.
Sabiq futbolçu milli komandanın gələcəkdə daha yaxşı çıxış edəcəyini düşündüyünü deyir: “Gələcəkdə hər şey yaxşı olacaq. Millinin uğurlu çıxış edəcəyini düşünürəm”.