Ölkə futbolu
Vurğun Hüseynov qərarını yayda verəcək
“Kəpəz”in müdafiəçisi Vurğun Hüseynov bu mövsüm oynamamalı idi. Təcrübəli oyunçu karyerasını başa vurduğunu elan etmişdi. Amma qəfil dəvət onu fikrindən daşındırdı.
36 yaşlı mərkəz müdafiəçisi bunun səbəbini futbolinfo.az saytına açıqlayıb: “Həqiqətən də ötən il karyeramı bitirməyi qərara almışdım. Sabiq baş məşqçimiz Azər Məmmədovla çox yaxşı münasibətim var, mənim böyük qardaşımdır. Onun sözündən çıxa bilmədim və “Kəpəz”ə gəldim. Verdiyim qərara görə həyatım boyu peşman olmuram. Bu, Allahın qismətidir”.
Vurğun yayda qəti qərara gələcək: “Həmin vaxta hələ 6 ay var. Bu müddətdə əsas məqsədim “Kəpəz”ə fayda verməkdir. Düzdür, yayda bu məsələni nəzərdən keçəcəyəm. Amma qəbul edirəm ki, artıq 36 yaşım var, bitirmək vaxtıdır. Təki “Kəpəz” elitada qalsın”.