Milli komanda
Vüsal İsgəndərli qayıtdı, amma…
Koronavirusa yoluxduğu milli komandanın düşərgəsində bəlli olan futbolçular fərqli aqibət yaşayır. Təkrar testi neqativ çıxan Təmkin Xəlilzadə artıq “Sabah”ın məşqlərinə qoşulursa, digərləri bir müddət gözləməlidi.
“Qarabağ”ın müdafiəçiləri – Rahil Məmmədov və Maksim Medvedevin təkrar testləri də pozitiv çıxdığından, onların karantində qalma müddətləri uzadılıb. Rahil Xorvatiyada, Maksim isə Lüksemburqda müalicəsini davam etdirməlidi.
Bakıda olan Rəhman Hacıyevin durumu da eynidi. Karantinə alınan “Keşlə”nin yarımmüdafiəçisi 3-cü dəfə COVİD-19 testinə məyus olub.
Əvəzində komandanın digər oyunçusu Vüsal İsgəndərlinin sağaldığı deyilir. Növbəti testinin nəticəsi neqativ çıxan oyunçuya bu tur meydana çıxmağa icazə verilib. Amma bunun riskli olduğunu vurğulamalıyıq. Çünki koronavirusa tutulanlar 4 gün karantində qalmalıdı, Vüsalın isə müalicəyə başlamasından heç 10 gün keçmir. Ola bilər ki, test nəticəsi neqativ olsun, lakin bu, oyunçunun tam sağalması və daşıyıcı kimi təhlükə mənbəyi olmaması demək deyil.