Ölkə futbolu
“Xəzər Lənkəran”a texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda AFFA Region Liqasının bir oyunu ilə bağlı aşağıdakı qərar qəbul olunub:
30 aprel 2023-cü il tarixində Region Liqasında keçirilmiş “Marxal” (Şəki) – “Xəzər Lənkəran 42” oyununda “Xəzər Lənkəran 42” komandasının heyətində 72 nömrəli futbolçu Elvin Mirzəyevin və 17 nömrəli futbolçusu İlyas Səfərzadənin cari mövsüm peşəkar müqaviləsinin olması müəyyənləşib.
Əsasnamənin 5.3-cü maddəsinin tələblərinin pozulmasına görə “Xəzər Lənkəran 42” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə