Digər idman növləri
“Xəzri” vahid liderliyini qorudu
Bu gün Xaçmaz Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 15-ci turunda növbəti oyun gününün ilk qarşılaşması baş tutub.
Futbolinfo.az xəbər verir ki, çempionatın güclü kollektivlərindən sayılan “NTD-İndiqo” son zamanlar yüksəlişdə olan “Sərhədçi” klubu ilə üz-üzə gəlib və 84:74 hesablı qələbəyə sevinib.
Ən məhsuldar basketbolçular “NTD-İndiqo”da Qriffin Remmi (22 xal, 11 asist), “Sərhədçi”də isə Tarık Vudi olub (23 xal, 11 ribaund).
Günün ikinci oyunu “Sərhədçi” İdman Mərkəzində keçirilib. Pley-off zonasında qərarlaşmış “Xırdalan” çempionatın lideri “Xəzri” ilə qarşılaşıb. Oyun “Xəzri”nin 108-82 hesablı rahat qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular “Xırdalan”da Zeyver Bryüer (28 xal, 6 ribaund), “Xəzri”də Ceremi Maklaflin olub (22 xal, 11 ribaund).
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı