Ölkə futbolu
Xalayla ilə 200
Misli Premyer Liqasının 2023-24 mövsümündə əcnəbi futbolçuların vurduğu qol sayı 200-ü keçib.
Futbolinfo.az saytının məlumatına görə, mövsümün legionerlər arasında yubiley topu “Kəpəz” – “Qəbələ” oyununda qeydə alınıb. “Qəbələ”nin 1:2 hesabı ilə məğlub olduğu qarşılaşmada “qırmızı-qaralar”ın təsəlli qolu əcnəbilərin vurduqları arasında 200-cü olub. Buna israilli hücumçu Osama Xalayla imza atıb.
Cari mövsüm ümumilikdə vurulan qol sayı 294-ə çatıb. Bunun 205-i əcnəbilərin, 81-i yerlilərin aktivindədir. 8 dəfə isə avtoqol qeydə alınıb.