Bizi izləyin

Müsahibə

“Xatirələri yada salanda kövrəlirəm” – Miçel Riçardla Dani üçün darıxır

blank

“Qarabağ”ın yarımmüdafiəçisi Miçel Maderanın futbolinfo.az-a müsahibəsi

– “Sumqayıt”la matçdakı qələbə sanki çox əziyyətli başa gəldi?

– Qarşılaşmada çoxlu sayda qol vəziyyəti yaratdıq. Təəssüf ki, yalnız birindən yararlana bildik. Buna üzülməmək lazımdır, çünki biz öz oyunumuzu ortaya qoyduq, rəqib qapısı qarşısında təhlükəli epizodlarımız çox idi.

– “Zirə” ilə qarşılaşmada isə 6 qol vurmuşdunuz…

– “Zirə” ilə matçda vəziyyət fərqli oldu. Həmin oyunda yaratdığımız qol vəziyyətlərinin əksəriyyətindən yararlandıq. “Sumqayıt”la qarşılaşmada isə fərqli oldu. 2-ci qol olsaydı, əslində, oyunu daha sakit şəkildə başa vurardıq, rahat oynayardıq. İstənilən halda, razı qalmaq lazımdır, komanda doğru yoldadır, eyni inkişaf xətti üzrə getmək lazımdır. Bugünkü futbolda çoxlu qol vəziyyəti yaratmaq hər komandaya nəsib olmur.

– Qarşıda cəmi 10 tur var və “Qarabağ”ın bu oyunlarda ciddi xal itkisi ilə üzləşəcəyi inandırıc gəlmir. Çempionluğun qoxusunu hiss edirsiz?

– İkinci pillə ilə aramızda 8 xal fərqi var və bu az fərq sayılmaya bilər. Bunu dərk edirik. Amma özünüz də qeyd etdiniz ki, çempionatın başa çatmasına 10 tur var və toplamda bu, 30 xal edir. İndi biz bunu nəzərə alsaq, 8 xallıq fərqin böyük olmadığını deyə bilərik. Üstəlik, əsas rəqibimiz olan “Neftçi” ilə onların meydanında oyunumuz var. Buna görə də rəsmi şəkildə çempion olmayana qədər rahatlaşmaq lazım deyil. Əlimizi yanımıza salmamalıyıq və sona qədər “döyüşməliyik”. Qarşıdakı matçlarda xallar əldə etməliyik. Komanda yaxşı durumdadır və bu dinamikanı saxlamaq lazımdır.

– Riçard Almeyda və Dani Kintana komandadan getdi. Onlarsız özünü komandanın mərkəz xəttində tək hiss etmirsən?

– Mən bura gələndən Dani və Riçard komandada olublar. “Qarabağ” karyeram ərzində ilk dəfədir ki, onlarsız çıxış edirəm. Düzdü, Almeyda bir müddət getdi və sonra yenə qayıtdı. Lakin uzun müddət onlarla oynadığım üçün çox alışmışdım. Nəinki meydanda, hətta meydandan kənarda da münasibətimiz çox yaxşı idi və dost kimi onlar üçün darıxıram. Artıq başqa komandadırlar, onlara uğurlar arzu edirəm və istədiklərinə çatmağı diləyirəm. Onlarla çox uğurlu və xoş xatirələrimiz olub. Onları yada salanda kövrəlirəm. Futboldu və belə şeylərə hazır olmalıyıq. Onların yeri görünür, amma “Qarabağ” olaraq irəli baxıram.

– “Sabah”la matçada 3 xal qazana biləcəksiz?

– Onlar mövsümün ikinci yarısına yaxşı başlayıb. Həm də qış fasiləsində heyətini gücləndiriblər. Çətin oyun olacağını gözləyirəm. Çempionatda bütün komandalara qarşı çətinlik olur. “Sabah”la da belə olacaq. Yaxşı formadadırlar. Hədəfimiz isə 3 xaldır.

AĞA

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Digər idman növləri2024-04-15 17:50

Yeni rekord – oturub-durmada

blank
Digər idman növləri2024-04-15 17:33

“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı

blank
Ölkə futbolu2024-04-15 17:19

Yunanovun 200-cü oyunu

blank
Premyer-liqa2024-04-15 17:07

“Sabah” 3 qolla 3-cü oldu

blank
Digər idman növləri2024-04-15 16:52

Azərbaycan para-badmintonçuları üçün İspaniya sınağı

blank
Premyer-liqa2024-04-15 16:35

Dörd matçda 1 qol

blank
Müsahibə2024-04-15 16:20

“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”

blank
Digər idman növləri2024-04-15 16:02

Avropa Cüdo Birliyi millimizin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib

blank
Digər idman növləri2024-04-15 15:45

Cordanın imzalı ayaqqabıları 482 minə satıldı

blank
Dünya futbolu2024-04-15 15:28

Krivotsyukun komandası səfərdə uduzdu

blank
Dünya futbolu2024-04-15 15:10

“Mançester Yunayted” zərbə altında

blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm