Dünya futbolu
Xavi hakimlərdən narazıdır
“Barselona”nın baş məşqçisi Xavi La Liqadakı hakim qərarlarından şikayətlənib. O, komandasının hakim səhvlərinin nəticəsində xallar itirdiyini qeyd edib.
Xavi misallar çəkib: “Xetafe” ilə matçdakı penalti epizodunu, Joao Feliksin “Qranada”ya vurduğu qolları xatırlayıram. Daha 6 xalımız ola bilərdi. Bunlar bəhanə deyil, reallıqdır. Amma biz işləməyə davam etməliyik”.
Hazırda “Barselona” İspaniya çempionatının turnir cədvəlində 44 xalla 3-cü pillədə qərarlaşıb. Komanda lider “Jirona”dan 8 xal geri qalır. Növbəti turda “Barselona” “Vilyarreal”la qarşılaşacaq. Matç yanvarın 27-də, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.