Dünya futbolu
Xorvatların pley-off xarüqələri
Dünya Çempionatı – 2022-nin növbəti iştirakçısının adına penalti seriyasında aydınlıq gəldi. Qətər mundialında ilk dəfə qalibi müəyyən etmək üçün əsas vaxt yetmədi və Xorvatiya 1:1 hesabıyla başa çatan görüşdən sonra Yaponiyanı evə yola saldı.
Futbolinfo.az xəbər verir ki, xorvat qapıçı Dominik Livakoviç 4 penalti zərbəsindən üçünü dəf edib komandasının 3:1 hesablı qələbəsini təmin etdi, son vuruşlara ehtiyac qalmadı.
Bu, Xorvatiya üçün ilk belə hal deyil. Avropa təmsilçisi böyük turnirlərin pley-off mərhələlərində son 8 matçından 7-də 90 dəqiqədən çox oynayıb: əsas vaxt heç-heçə başa çatıb və xorvatlar ya əlavə 30 dəqiqədə, ya da penaltilər seriyasında rəqiblərlə münasibətlərə aydınlıq gətirib.
AÇ-2008: Türkiyə (1/4 final)
AÇ-2016: Portuqaliya (1/8 final)
DÇ-2018: Danimarka (1/8 final)
DÇ-2018: Rusiya (1/4 final)
DÇ-2018: İngiltərə (1/2 final)
DÇ-2018: Fransa (final, əsas vaxtda bitib)
AÇ-2020: İspaniya (1/8 final)
DÇ-2020: Yaponiya (1/8 final)
Maraqlıdı ki, xorvatlar 7 oyunun 3-də uduzub və həmin matçların hamısı Avropa Çempionatının final mərhələlərinə təsadüf edib. Mundial pley-offlarında isə bir qayda olaraq, “damalılar” üstün olub.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq