Digər idman növləri
Yağış “Australian Open”in təqviminə təsir etdi
Avstraliya Açıq çempionatının təsnifat mərhələsinin ilk oyunları yanvarın 8-dən 9-na keçirilib. Bu barədə “Fox sports” kanalı məlumat yayıb.
Matçların təxirə salınması yarışın keçirildiyi Melburnda güclü yağışla əlaqədardır. Təşkilatçılar zərurət yaranarsa, matçların qapalı kortlarda keçirilə biləcəyini bildiriblər. Təsnifat mərhələsinin planlaşdırıldığı vaxtda başa çatacağı gözlənilir. Lakin Melburnda yağış kəsməzsə, bəzi təsnifat görüşləri yanvarın 13-nə təxirə salına bilər. Belə olan halda, “Australian Open”in əsas hissəsi 14 deyil, yanvarın 15-də başlayacaq.
Xatırladaq ki, turnirin hazırkı qalibi dünya reytinqinin lideri, serb tennisçi Novak Cokoviçdir. Qadınlar arasında turnirin son çempionu Belarus idmançısı Arina Sabalenka olub.