Bizi izləyin

Ölkə futbolu

Yarımcan “Neftçi”dən vacib qələbə: Emin bəlkə də çempionluq qolunu vurdu

blank
blank

“Neftçi”nin ən böyük problemi digər komandalarla matçlarda xal itirməsidi. Əsas rəqibi “Qarabağ”a təslim olmayan, adətən başabaş oynayan bakılılar məhz ortabablarla görüşlərdə büdrəyir. Ağdamlılarsa illərdi belə xal itkilərini bağışlamır, sürət yığır və qızıl medallara sahib çıxır.

Ona görə də “Qəbələ”ylə dünənki matçın önəmi daha çox idi. Çempionu zirvədən saldıqdan sonra qələbələrin davamını gətirmək, mərkəzi oyundakı uğurun təsadüf olmadığını isbatlamaq lazım idi.

Doğrusu, “Neftçi” dünən xal itirsəydi, çox qınanmayacaqdı. Ötən tur “Qarabağ” üzərində qələbə baha başa gəlmiş, 4 əsas heyət üzvü cəzalı duruma düşmüşdü. Üstəlik, Sabir Buqrin məşqlərin birində zədələnərək sıradan çıxmışdı. Belə vəziyyətdə start heyətini çətinliklə quran Samir Abasov bəlkə bir xala da razı olardı.

Məcburiyyətdən müdafiənin mərkəzinə çəkilən Tallison tez-tez mövqe səhvi edir, cinah müdafiəçisi kimi oynadılan Yusuf Laval işinin öhdəsindən gəlmirdi. Eyni səbəbdən sağ cinah müdafiəçisi kimi çıxış edən Fəhmin Muradbəyli də müdafiə planında axsayırdı. Üstəlik, dayaq bölgədə işlər qaydasında deyildi – Bruno Teluşi məşqçilərin nəyə görə ona yox, Mamadu Kaneyə güvəndəyini əyani göstərdi.

Əvəzində yüksəlişdə olan “Qəbələ” paytaxta qələbə dalınca gəlmişdi. Rəqibi zəif yaxalamış əyalət təmsilçisi hücumda nicat axtarır, 4-cü pillə üçün yaranmış ümidlərinin puç olmamasına çalışırdı. Bəri başdan deyək ki, komanda xala layiq idi.

Oyun qonaqların üstünlüyü şəraitində keçdi, onlar daha çox qol epizodu yaratdı, birinci hissədə xüsusilə təhlükəli görünürdülər. Lakin qeyri-dəqiqlik azmış kimi son 20 dəqiqədə qüvvə də tükəndi. Abasovun əvəzetmələrindən sonra risk etməyə başlayan “Neftçi” yekunda mükafatını aldı. Hamının oyunun heç-heçə bitəcəyini gözlədiyi son saniyələrdə Emin Mahmudovun dəqiq zərbəsi qalibi müəyyənləşdirdi. Bəlkə də mövsümün sonunda bu qolun çempionluğun taleyini həll etdiyini yazacağıq. Bakılılar pis oynadıqları matçlarda belə qələbə qazanmağa davam edərsə, mövsümün yekunu maraqlı olacaq.

“Neftçi”nin yeni hücumçusu Ahmed Ahmedovun da komandaya kömək edəcəyi şübhəsizdi. Dünən meydanda olduğu qısa zaman ərzində o, özünü yaxşı tərəfdən göstərdi. Mövqeyə açılmalar, topla davranış, topsuz oyun – bakılılar çoxdan belə forvarda sahib olmamışdı. Superulduz deyil, amma son illər “Neftçi”yə gəlib-getmişlərlə müqayisədə ümid verdi.

“Qəbələ”nin problemi başqadı. Bəli, Elmar Baxşıyevin yetirmələri baxımlı oynayır, hücum futbolu sərgiləyir, lakin statistika bunu göstərmir. Bölgə klubu çempionatın ən azı qol vuran iki komandasından biridi. Əvəzində “Qəbələ”dən ayrılan futbolçular özünü sübut etməkdədi. Məhz Klesio Baukla Davit Volkovun qolları “Zirə”nin “Keşlə” sınağında uduzmamasına kifayət etdi.

Məğlubiyyətə rəğmən, “Qəbələ” avrokuboklara vəsiqə üçün sonadək döyüşəcəyini göstərdi. “Neftçi” isə bu qələbəylə çempionluğa daha çox inandı. “Qarabağ”la son duelə kimi qiyabi mübarizə, əsəb döyüşü davam edəcək.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm