Dünya futbolu
Yarımfinalçılar üçün 26,5 milyon dollar: Qətərdə kim nə qədər qazanacaq?
Qətərdə keçirilən Dünya Çempionatında yarımfinal mərhələsi başlayır. Az sonra baş tutacaq Argentina – Xorvatiya matçında ilk finalçı müəyyənləşəcək. Sabah isə Mərakeşlə Fransadan birinin həlledici matça yollanacağı bəlli olacaq.
Finala kimin çıxmasından asılı olmayaraq, artıq bu 4 komanda ölkələrinə 26,5 milyon dollar qazandırıb. FİFA mundialda iştirak edən yığmaların xərclərini qarşılamaq üçün onların hər birinə 1,5 milyon ayırmağı nəzərdə tutub. 4-cü pillənin sahibi 25 milyon dollar mükafat alacaq, bunun üzərinə iştirak üçün nəzərdə tutulan məbləği də gəlsək, yarımfinala kimi gəlmiş komandalardan ən zəifi azı 26,5 milyona sahib çıxacaq.
Yarımfinalda məğlub olub 3-cü yer uğrunda görüşdə qalib gələn yığma üçün 28,5 (27+1,5) milyon dollar mükafat nəzərdə tutulub. Finalda uduzan 31,5 (30+1,5), çempion komanda isə 43,5 (42+1,5) milyon dollar qazanacaq.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı