Dünya futbolu
Yaroşik qızına görə istefa verdi
İrji Yaroşik “Orenburq”un baş məşqçi postundan ayrılıb. Səbəb heç də idman nəticələri ilə bağlı deyil.
Futbolinfo.az xəbər verir ki, çex mütəxəssis ailəsinə görə bu addımı atıb. Onun hələ bir yaşı tamam olmayan qızı yaşadıqları binanın pilləkənindən yıxılıb, kəllə sümüyü sınıb. Dərhal reanimasiyaya aparılan uşağın həyati təhlükəsi aradan qalxıb.
Lakin Yaroşik ailəsinin yanında olmaq üçün işdən imtina edib. Övladı Çexiyada əməliyyat, daha sonra müalicə ediləcək və proses uzun zaman alacaq. Belədə İrji kluba fayda verə bilməyəcəyindən istefa qərarına gəlib.
Moskva ÇSKA-sında parlayan, daha sonra “Çelsi”yədək gedən çex yarımmüdafiəçi, İspaniya və Şotlandiya klublarında da forma geyib. Məşqçi kimi əsasən vətənində işləyən İrji “Orenburq”a iki ay öncə təyinat almışdı.