Bizi izləyin

Milli komanda

Yenə finlərdən sonra! Yenə heç-heçə?

blank
blank

Milli komandamız çətin sınaqla üz-üzədi. Ardıcıl 4 oyunda qalib gələn komandamız bu dəfə daha ciddi rəqiblə qarşılaşır.

Millətlər Liqasında Belarus, Slovakiya və Qazaxıstan yığmasını, 4 gün əvvəl isə yoldaşlıq görüşündə Moldova millisini məğlub edən komandamızın ən çətin oyunu Skopyedə olacaq. Sözügedən matçlarda rəqiblərin zəifliyi, bəzən motivasiyasızlığı uğur qazanmağa yardım etmişdisə, bu dəfə vəziyyət fərqlidi. Düzdü, nəticə heç kim üçün böyük əhəmiyyət kəsb etmir. Lakin Şimali Makedoniya yığması bizimkiləri məğlub etmək üçün daha ciddi səy göstərəcək.

Doğrudu, Trnavada Slovakiya yığmasını 2:1 hesabı ilə məğlub etməyimizi görməzdən gələ bilmərik. Nəzərə alaq ki, Şimali Makedoniya ilə oyun yoldaşlıq görüşüdürsə, slovaklarla rəsmi matçda üz-üzə gəlmişdik. Amma bu iki komandanın gücünü nəzərə alsaq, şimali makedoniyalıların daha təhlükəli olduğunu görərik. Hər halda, Balkan yarımadasının təmsilçisi son Avropa çempionatının iştirakçısıdır.

Bu komanda İtaliyanı dünya çempionatından kənarda qoymağı da bacarııb. Düzdü, həlledici görüşdə Portuqaliya millisinə məğlub oldular. Amma Avropa çempionatın yüksələn komanda mundialın bir addımlığına da gəlib çıxa bilibsə, rəqibin nəyə qadir olduğunu təsəvvür etmək elə də çətin deyil. Slovaklardan isə heç danışmağa dəyməz. Millətlər Liqasında bu komandanı 3 fərqli məşqçi meydana çıxartdı və hazırda tarixinin ən ağır günlərini yaşayır.

Bugünkü rəqibi təqdim etməzdən öncə şimali makedoniyalılara qarşı indiyədək keçirdiyimiz oyunlara nəzər salsaq, daha yaxşı olar. Bu rəqiblə 7 dəfə qarşılaşmışıq və 5 məğlubiyyət acısı yaşamışıq. 7 görüşün yalnız ikisi rəsmi xarakter daşıyıb. DÇ-2002-nin seçmə mərhələsində Skopyedə makedonlara 0:3 hesabı ilə məğlub olmuşuqsa, Bakıdakı oyun 1:1 hesabı ilə başa çatıb. 2000-ci ildə seçmə mərhlədə 0:3 hesabıyla məğlub olduğumuz oyundan 3 ay əvvəl balkanlılarla Bolqarıstanın Varna şəhərində üz-üzə gəlmişdik, həmin oyunda da 1:2 hesabı ilə məğlub olmuşduq.

Maraqlıdır ki, bu rəqibə qarşı keçirlən 7 oyunun 4-ü neytral meydanda baş tutub. Varna ilə yanaşı Şimali Makedoniya yığması ilə 2010 və 2016-cı illərdə Avstriyada (hər ikisi 1:3) və 2018-ci ildə Türkiyədə qarşılaşmışıq – 1:1. Türkiyənin Antalya şəhərində keçirilən bu oyundan sonra makedonlarla qarşılaşmamışıq. Yəni, hazırda formada olan komandanın gücünü bir kənara qoyaq, tarixi rəqabətdə də onlarla bacara bilmirik.

4 gün əvvəl tarixində ilk dəfə Moldovanı səfərdə məğlub edən komandamız bu dəfə Şimali Makedoniya sindromuna son qoymaq istəyir. Hərçənd, bu oyunda qeydə alınacaq heç-heçə də bizim üçün qələbəyə bərabər olardı. 3 gün əvvəl Şimali Makedoniya millisi evdə özü kimi son Avropa çempionatının iştirakçısı Finlandiya yığması ilə 1:1 hesablı heç-heçə oynayıb. Görüş Blaqoye Milevskinin yetirmələrinin üstünlüyü şəraitində keçsə də, komanda sona 15 dəqiqə qalmış “Trabzonspor”un hücumameyilli yarımmüdafiəçisi Enis Bardinin penaltidən vurduğu qolla məğlubiyyətdən xilas ola bilmişdi. Amma balkanlılar digər komponentlərdə rəqibindən üstün futbol sərgiləmişdi.

Maraqlıdır ki, 2018-ci ildə də Şimali Makedoniya millisi bizimlə oyundan 4 gün əvvəl məhz Finlandiya yığması ilə qarşılaşmışdı. Təsadüfə baxın ki, həmin oyunda da heç-heçə qeydə alınmışdı – 0:0. Eyni ssenari təkrarlansa, yenə də makedonlara uduzmayacağıq. Ümid edirik ki, millimiz bu dəfə də rəqibinə ciddi müqavimət göstərə biləcək. Bunun üçün isə rəqibi yaxşı incələmək lazımdır.

Moldova yığması ilə oyundan əvvəlki təhlil yazımızda olduğu kimi, yenə eyni sözləri təkrarlamağa məcburuq. Bu oyunlar gələn il keçiriləcək Avropa çempionatına hazırlıq üçün sınaq xarakteri daşıdığından, rəqibin belə görüşlərdə optimal heyətini müəyyənləşdirmək çətindir. Məşqçilər adətən belə oyunlarda nəinki heyətlə bağlı rotasiyaya əl atır, hətta öz güvəndiyi taktiki sxemlərdən belə imtina edib fərqli düzülüşləri sınaqdan keçirir. Hətta Makedoniya millisinin 4 gün əvvəl Finlandiya millisi ilə oyunundakı heyətinə nəzər salıb təhlil aparmaq olmur.

Çox vaxt məşqçilər qısa zaman kəsiyində keçirilən oyunlarda birinci oyunda güvəndiyi futbolçulara növbəti görüşdə şans vermir. Bu, nəinki yoldaşlıq, hətta rəsmi oyunlarda da belədir. İşin qəliz olan tərəfi ondan ibarətdir ki, bu, tam da etalon sayılmır. Çünki 4 gün ərzində keçirilən oyunlarda hansısa futbolçu iki dəfə meydana çıxa bilər. Ona görə də, Şimali Makedoniya yığmasının bizə qarşı hansı heyətlə oynayacağını proqnozlaşdırmaq çətindir. Amma ümimi heyətə cəlb olunanların özəllikləri haqqında danışmaq mümkündür.

Finlandiya ilə oyunda komandanın baş məşqçisi Blaqoya Milevski qapını “Rayo Valyekano”nun qolkiperi Stole Dimitrievskiyə təhvil vermişdi. 28 yaşlı qapıçı La Liqada ən etibarlı çərçivə qoruyucularından biri sayılır. Stole bu mövsüm hətta “Nou Kamp”da qapısını toxunulmaz saxlaya bilmişdi. Komandanın digər iki qapıçısı Kristian Naumovski yerli “Şkupi”nin, İqor Aleksovski isə “Rabotniçki”nin şərəfini qoruyur. Daha bir qapıçı Damyan Şişkovski Kipr “Doksa”sında oynayır. Milevski bizimlə oyunu ciddiyə alsa, Dimitrievskiyə yenidən şans verəcək. Çünki digər 3 qapıçı iddialı klublarda oynamır.

Finlərlə oyunun start heyətində müdafiənin mərkəzində “Fehervar”ın üzvü Nikola Serafimovla “İnqolştadt”ın futbolçusu Visar Musliu yer almışdı. Serafimov bu mövsüm keçirilən Konfrans Liqasının hər iki oyununda “Qəbələ”yə qarşı forma geyinmişdi.  Finlərlə oyunda “Qəbələ”nin tanışı 90 dəqiqə meydanda oldusa, Musliunun 59-cu dəqiqədə Səudiyyə Ərəbistanın “ƏI-Ettifaq” klubunun arxa xətt oyunuçusu Darko Velkovski əvəzləyib.

Makedonların heyətində “Sumqayıt”ın müdafiəçisi Todor Todorvski də yer alıb. Moldova ilə oyunda Sergey Kleşenko bizi tanıyan Yevgeni Koçuku döyüşə atmışdı, görəsən, Milevski Todorovskiyə imkan yaradacaqmı? Koçukdan söz düşmüşkən, moldovalı yarımmüdafiəçinin “Pünik”dəki komanda yoldaşı Kire Ristevski də bizə qarşı oyunda meydana çıxa bilər. Amma 32 yaşlı müdafiəçi finlərlə oyunda şans qazanmamışdı. Elə Mahir Emrelinin Zaqreb “Dinamo”sunda komanda yoldaşı olan Stefan Ristovski də Şimali Makedoniya yığmasında çıxış edir. Özü də kapitan kimi. Həm müdafiə, həm də yarımmüdafiənin sağ cinahında oynamağı bacaran 30 yaşlı futbolçudan çəkinmək lazımdır. Maraqlıdır ki, o, bu cinahda Mahirlə üz-üzə gələ bilər. Onun arxasında isə finlərə qarşı oyunda “Şkendiya”nın müdafiəçisi Eqzon Betyulai oynayıb.

Balkanlıların sol cinahı da təhlükəlidir. Vaxtilə “Lids”də oynayan, hazırda isə “Fənərbaxça”nın şərəfini qoruyan Ezqyan Alioskinin cinah reydlərinin qarşısını ala bilsək, bizə zaval yoxdur.

Keçək rəqibin ən güclü tərəfi olan yarımmüdafiə xəttinə. “Ağ-qırmızılar”ı saxlamaq üçün “Trabzonspor”un liderlərindən biri olan Enis Bardiylə sabiq “Fənərbaxça”lı Elif Elmasa xüsusi diqqət ayrımaq lazımdır. Elmasın hazırda “Napoli”nin vazgeçilməz oyunçusu olduğunu nəzərə alsaq, kifayətdir. Bu iki oyunçuya qarşı pressinq tətbiq etsək, nəyəsə ümid etmək olar. Nəzərə alaq ki, millimiz hazırda pressinq özəllikləri ilə diqqət çəkir. Moldova ilə oyunda bunun şahidi olduq. Əslində, Elmasın komanda yoldaşı olan Lobotkaya qarşı slovaklarla oyunda pressinq silahından çox yaxşı istifadə etmişdik. Deməli, yenə də bunu bacara bilərik.

Makedonların güclü yarımmüdafiəçilərindən biri də “Styaua”nın üzvü Boban Nikolovdur. Dağıdıcı və qurucu özəlliklərə malik bu futbolçuya göz yetirmək lazımdır. “Pünik”də çıxış edən daha bir futbolçuları var – Stefan Spirovski. Tipik dayaq yarımmüdafiəçisi olan 32 yaşlı futbolçu meydanın mərkəzində bir növ “zəli” funksiyasını daşıyır.

Blaqoya Milevskinin hücumda elə də çox alternativi yoxdur. Nominal hücumçular arasında baş məşqçi “Udineze”nin 32 yaşlı forvardı İlya Nesterovskinin “başına and içə bilər”. Burada sadəcə, bir problem var – o, “Udineze”də rəqabətdə portuqaliyalı Betu ilə nigeriyalı İsaak Saksessə uduzur. Hər iki futbolçu 15 oyunda meydana çıxıbsa, Nesterovski 6 dəfə şans qazanıb. Amma Saksessdən fərqli, o, bu mövsüm fərqlənə bilib. Özü də yeganə qolunu da son turda səfərdə lider “Napoli”yə vurub.

Milevskinin güvəndiyi digər hücumçu isə “Aberdin”in 23 yaşlı forvardı Boyan Milovskidir. Onun da yığmada 13 oyuna hesabında yalnız 1 qolu var.

Bir sözlə, Bardi, Elmas və Nesterovskini mühasirəyə alıb cinah oyunçularının reydlərinin qarşısını kəsə bilsək, nəyəsə ümid etmək olar. Belə baxanda, millidən məzmunlu oyun gözləyirik. Çünki artıq məzmunlu oyunun işartıları var. Ümid edirik ki, oyundan sonra umduğumuz yerdən küsməyəcəyik…

FƏRİD

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-24 09:10

Klublarımızın potensial rəqiblərindən 31-i bəllidir

blank
Dünya futbolu2024-04-24 08:52

“Liverpul” yeni məşqçi tapdı

blank
Ölkə kuboku2024-04-24 08:35

Kubokun finalına kimlər çıxacaq?

blank
Dünya futbolu2024-04-24 08:17

Poşettino darmadağına görə utanmır

blank
Ölkə futbolu2024-04-24 08:00

Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”

blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm