Bizi izləyin

Milli komanda

Yenə şəxsi maraqlar: Kannavaro – milli komandamızın baş məşqçi postuna uğursuz namizəd

blank
blank

Azərbaycan futbolunun inkişafı, milli komandanın uğurlu nəticələri yalnız azarkeşlərin xəyalıdır. Bu sahəyə cavabdeh olanlar, strategiyanı müəyyənləşdirməli insanlar isə futbola qazanc mənbəyi kimi baxır.

Təsadüfi deyil, milli komandada hər dəfə baş məşqçi dəyişikliyi olanda işbaz menecerlər və onların AFFA-dakı şərikləri buna növbəti unikal şans kimi baxır. Elə yığmaya əsasən əcnəbilərin rəhbərlik etməsinin də əsas səbəbi budur. Hər yeni əcnəbinin gəlişi kimlərinsə cibinin doldurulmasına, müqavilənin davam etdiyi müddətdə müxtəlif yollarla əlavə qazanc əldə etməsinə səbəb olur.

Canni de Byazinin istefaya göndərilməsindən sonra son vaxtların daha çox səslənən fikirləri daha da aktuallaşıb. Belə ki, yığmanın yerli məşqçiyə tapşırılması hazırda bütün futbol ictimaiyyətinin, mətbuatın, azarkeşlərin tələbidir. Təsadüfi deyil, AFFA-nın baş katibi Sərxan Hacıyev də İcraiyyə Komitəsinin son iclasından sonra bu barədə danışmışdı. O, yeni baş məşqçinn yerli olması ehtimalından söz açmış, həmin şəxsin ən azı mental baxımdan bizə yaxın olmasının vacibliyini vurğulamışdı.

Baş məşqçi postuna namizədlərin müəyyənləşdirilməsi üçün yaradılacaq İşçi Qrup hələ yoxdur, amma ictimaiyyətin tələbinə məhəl qoymayan menecerlər dəstəsi artıq 20-dən çox legioner məşqçinin siyahısını AFFA-ya göndərib. Nikola Yurçeviç, Robert Prosineçki və Canni de Byazini Azərbaycan futboluna calaq edən, onların müavilələrindən böyük pullar qazanan, təkcə menecer haqqı ilə həm özünün, həm AFFA-dakı şəriklərinin güzəranını düzəldən Riad Rəfiyev yenə iş başındadır. “Sumqayıt”ın menecer-prezidenti yeni siyahısını təqdim edib və onlardan birinn təyinatı üçün həm təbliğata, həm də havadarları vasitəsi ilə təzyiqə başlayıb.

Bu insanların niyyətinin futbolun inkişafı olmadığı atdıqları addımlardan bəllidir. İndiyədək bütün əcnəbilər işinə görə yox, ad-sanına görə seçilib. Onların Azərbaycanda uğur qazanmaq perspektivinin olmaması hamıya aydın olsa da, məhz vasitəçilərin və təyinatı rəsmiləşdirənlərin daha yaxşı pullar qazanması üçün hər dəfə yekun fayda hesablanmadan seçimlər edilib.

İndi yenə eyni yol gedilir. Milli komandaya baş məşqçi təyin olunması üçün namizədliyi irəli sürülən Fabio Kannavaro buna nümunədir. Azərbaycan futboluna yaxından-uzaqdan dəxli olmayan bu şəxs AFFA-ya 3 fərqli yerdən təklif olunub, hətta bəzi menecerlər bu təyinatda israr, təzyiq edir. De Byazinin həmyerlisinin məşqçi kimi heç bir uğurunun olmaması isə kimsənin vecinə deyil.

Fabio çox əla müdafiəçi olub. Dünya çempionunun “Qızıl Top” sahibi olması faktı hər şeyi deyir. Lakin məşqçi Kannavaro hətta yerli məşqçilərin əlinə su tökəcək səviyyədə deyil. 2013-cü ildə “Əl Əhli”də (BƏƏ) köməkçi-məşqçi olan italiyalı, “Everqrand”da (Çin) iki dəfə, “Əl Nəsr”də (Səudiyyə Ərəbistanı), “Quanjan”da (Çin) çalışıb, Çin millisində 2 oyunluq müvəqqəti baş məşqçi olub, heç bir yerdə də özünü doğrultmayıb. Yalnız pul qazanmağı düşündüyü Asiyada özünü doğrultmayan gənc mütəxəssis, vətəni İtaliyada yalnız 5 ay iş başında olub. “Benevento”dan erkən qovulan Fabio bu ilin fevralından işsizdir.

Və indi özünü doğrultmayan bu məşqçini Azərbaycan millisinə sırımaq, neft ölkəsinin futbolun inkişafına, infrastruktura, uşaq futboluna yönəldilməsi gərəkən milyonlarını havaya sovurmaq istəyirlər. Kannavaronun futbolçu kimi xidmətləri reklam, məşqçi kimi bacarıqsızlığı gözardı edilir. Rəfiyevkimilər AFFA-dakı himayədarlarının vasitəsi ilə bu variantın alınması üçün əlindən gələni edir.

Fabio yeganə əcnəbi namizəd deyil. Yenə eyni adamlar Kannavaro variantı alınmazsa, Robert Prosineçkinin geri qaytarılması üçün təbliğat kampaniyasına başlayıb. Şenol Günəş və Yuri Syomin də dosyesi AFFA-ya təqdim olunan əcnəbilərdir.

Təbi ki, bu siyahı böyüyəcək, dəyişəcək, pul tələsi olan bir çox variantlar üzə çıxacaq. Sonda işbazların qalib gələcəyini, yoxsa Azərbaycan futbolunun inkişafını təmənna ummadan istəyən insanların arzusunun reallaşacağını birlikdə görəcəyik. Kanavaro, Prosineçki kimi heç yerdə özünü sübut edə bilməyənlərə görə daha 5-6 ili dəyişməyə dəyməz. Onlara xərclənəcək pulu daha səmərəli istifadə etmək, ölkə futbolunda nizam yaratmaq, düzgün strategiya müəyyənləşdirmək zamanıdır. Onsuz da çox gecikmişik, növbəti səhvi etməyək.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Müsahibə2024-04-24 12:09

Vüsal daha üst pillələrə can atır: “Rahatlaşmaq olmaz”

blank
Digər idman növləri2024-04-24 11:54

Ferstappen ABŞ qran-priləri üçün xüsusi dəbilqə hazırlatdırdı

blank
Digər idman növləri2024-04-24 11:39

“Ferrari” qarşıdakı yarışda fərqli dizaynda olacaq

blank
Ölkə futbolu2024-04-24 11:22

Kubokun cavab oyunlarına hakim təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-24 11:07

Abu Akal “Qəbələ”dən incik ayrılmayıb: “Bu klubun etdiklərini unutmaram”

blank
Digər idman növləri2024-04-24 10:50

“Real” qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-24 10:35

İki seriyada hesabda tarazlıq yarandı

blank
Dünya futbolu2024-04-24 10:18

İki futbolçu saxlanıldı – zorakılığa görə

blank
Ölkə futbolu2024-04-24 10:00

Samir Abasov Xaviylə görüşə gedib

blank
Dünya futbolu2024-04-24 09:42

Qrimaldo İspaniyaya qayıtmaq istəyir

blank
Dünya futbolu2024-04-24 09:27

Çempionlar Liqası: “Əl Hilal”ı finala buraxmadılar

blank
Ölkə futbolu2024-04-24 09:10

Klublarımızın potensial rəqiblərindən 31-i bəllidir

blank
Dünya futbolu2024-04-24 08:52

“Liverpul” yeni məşqçi tapdı

blank
Ölkə kuboku2024-04-24 08:35

Kubokun finalına kimlər çıxacaq?

blank
Dünya futbolu2024-04-24 08:17

Poşettino darmadağına görə utanmır

blank
Ölkə futbolu2024-04-24 08:00

Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”

blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm