Bizi izləyin

Milli komanda

Yeni AFFA prezidenti seçmədən milliyə baş məşqçi təyin etmək olmaz!

blank
blank

1992-2008-ci illər aralığında millimizdə 16 baş məşqçi istefası reallaşıb. Doğrudur, bunların bəziləri öz postunda müvəqqəti yer tutub. Amma yenə də onların ümidləri doğrultmaması orada möhkəmlənə bilməməyinə şərait yaradıb.

Hər halda 16 ilə 16 baş məşqçi istefası ciddi rəqəmdir. Orta hesabla hər il bir məşqçi dəyişdirmişik. Amma 2008-ci ildə Berti Foqtsun millimizin “sükanı arxasına” keçməsindən sonra bu mənada sabitlik əldə etdik. Ondan sonrakı 15 ildə komandamızı 6 məşqçi çalışdırıb. Hərçənd, mütləq onlardan birini siyahıdan çıxartmalıyıq. Məsələ ondadır ki, 2014-cü ildə Berti Foqts istefaya göndərildikdən sonra Norveçlə Bakıdakı oyunda millimizi meydana müvəqqəti olaraq Mahmud Qurbanov çıxartdı. “Professor”u isə Foqts və ondan sonrakı sələfləri ilə eyni kateqoriyaya daxil edə bilmərik. Amma ilk 16 ildə belə müvəqqəti məşqçiləri siyahıya daxil etdiyimizə görə Mahmuda da toxunmadıq. Sadəcə, onu xatırladaq ki, bugünə qədər Qurbanov kimi millimizi yalnız 1 oyuna çıxaran 3 məşqçi olub. Bunlardan 2-i tandem təşkil edibsə (1994-cü ildə Kazbek Tuayevlə Ağasəlim Mircavadov), digəri 2008-ci ildə Nazim Süleymanov olub.

Bəli, statistikaya nəzər salsaq, özümüzə bir sual verə bilərik: doğrudanmı, 2008-ci ildən etibarən millimizin nəticələri yaxşılaşmağa doğru getdi ki, biz də məşqçiləri əlcək kimi dəyişmədik? Düzdür, həmin vaxtdan etibarən millimiz San Marino, Andorra, Lextenşteyn və bu kimi “cırtdan ölkələr”in kateqoriyasından çıxdı. Yəni komandamız seçmə mərhələlərdə sonuncu pilllərdə qərarlaşsa da, qrupu 1 xalla və ya xalsız başa vurmurdu. Məsələn, əvvəllər Slovakiya millisi kimi komandalarla təsadüfi bir qələbə ilə missiyamızın bitdiyini düşünürdüksə, Berti Foqtsun gəlişindən sonra xal ehtiyatımız 9-a qədər qalxdı. Robert Prosineçkinin dövründə isə hətta 10 xal da yığdıq. Amma xorvatiyalı mütəxəssisdən sonra bunu da bacarmadıq.

İş elə gətirdi ki, DÇ-2022-nin seçmə mərhələsində Canni de Byazinin başçılığı altında komandamız cəmi 1 xal yığdı. Amma buna baxmayaraq, 2008-ci ilə qədər belə bərbad göstəriciyə görə baş məşqçiyə qapını göstərirdilərsə, bu dəfə italiyalıya “gözünün üstündə qaşın var” deyən olmadı. Ondan sonra daha iki Millətlər Liqası və bir dəfə də Avropa Çempionatının seçmə mərhələsində ona güvəndik. Halbuki, Millətlər Liqasında qrupu lider başa vura bilmədiyimizə görə Qurban Qurbanovla əməkdaşlığa son qoyuldu.

Bir sözlə, milllimiz nə 2008-ci ilə qədər, nə də ondan sonra hədəflərinə çata bilmədi. Bəs, ikinci zaman aralığında niyə məşqçiləri “əlcək kimi dəyişmədik?” Bəli, nikbin insanlar deyə bilər ki, AFFA əcnəbi məşqçilərə şans verir, onlara yeni komandanı qurmağa imkan yaradır. Amma bu, heç də belə deyil. Əks halda, Nikola Yurçeviçlə Qurban Qurbanova bir neçə tsikldə şans verərdik.

Problem Elxan Məmmədovdadır. AFFA-nın baş katibi təyin edildikdən sonra adıçəkilən funksioner sadəcə, bəlli bir taktika seçdi. Həmin taktikanın nəyə hesablandığını söyləməyə ehtiyac yoxdur. Hamımız yaxşı bilirik ki, Foqts, Prosineçki və be Byazi niyə bu postda uzun müddət qərarlaşdı? Bəli, Rövnəq Abdullayevin AFFA idarəçiliyini həvalə etdiyi şəxs millini öz siyasətinin qurbanına çevirdi. Əcnəbi mütəxəssislər də məhz bu siyasətə uyğun olaraq Azərbaycana gətirildi, burada qaldı və limiti bitirdikdən sonra çıxıb getdi.

Bəs, bundan sonra necə olacaq? Hiss olunur ki, artıq AFFA tam olaraq Elxan Məmmədovun nəzarəti altında deyil. Əks halda, de Byazini yenə də saxlayardılar. Ya da ki, onun göndərilməsindən sonra yenə Qərbi Avropadan məşqçi gətiriləcəyi fikirləri gündəmi zəbt edərdi. Amma görünən odur ki, AFFA-dan yerli mütəxəssislərlə işləyə biləcəklərinə dair mesajlar gəlir. Yaxud da Türkiyə və postsovet ölkələrinin adları çəkilir.

Bəli, buzlar artıq ərimək üzrədir. Buna baxmayaraq, son vaxtlar istər AFFA nümayəndələri, istərsə də futbol ictimaiyyəti arasında bir tələskənlik hökm sürür. Elə istəyirik ki, tez bir zamanda milliyə yeni baş məşqçi təyin edək. Məsələn, baş katib Sərxan Hacıyev mətbuata açıqlamasında deyir ki, yaxın 1-2 ay ərzində millinin yeni baş məşqçisinin kimliyinə aydınlıq gələcək və bu istiqamət üzrə İşçi Qrupu yaradılacaq. Bu iddianı da futbol ictimaiyyəninin əksəriyyəti alqışlayır.

Sizcə, tələsmirikmi? Məsələ ondadır ki, martda AFFA-da növbəti prezident seçkiləri keçiriləcək. Və biz elə bir həssas dövrə gəlmişik ki, növbəti dönəmlərdə federasiyaya kimin rəhbərlik edəcəyini bilmirik. Çünki göz görə-görə Abdullayev dövlət idarəçiliyində öz mövqeyini itirib, Elxan Məmmədov mədəni şəkildə ölkədən kənarlaşdırılıb. Əvvəlki dövrlərdə adımız kimi əmin idik ki, AFFA-da hakimiyyət dəyişməyəcək. Amma indi bunu iddia edə bilmərik. Assosiasiyada kresloya göz dikən xeyli qüvvələr var. Dəyişiklik olsa, bu, millinin məşqçi postunda da özünü göstərəcək.

Hakimiyyətə iddia edənlərin bəziləri yerli məşqçiyə güvənmək istəyir. AFFA-da onlar hakimiyyəti ələ alsalar, dillərinin altında gizlətdiklərini üzə çıxaracaqlar. Kim bilir, bəlkə də daha maraqlı variantlar var.

İstənilən halda, AFFA-da mümkün dəyişikliklərdən sonra yığma komanda barədə düşünmək lazımdır. Yaxın aylarda millimizi ciddi sınaq gözləmir və məşqçi təyinatı o qədər də vacib deyil, yoxlama oyunlarında müvəqqəti məşqçilərin də xidmətindən yararlanmaq olar. Öncə sular durulsun, futbolda istiqamətlər müəyyənləşsin, inkişaf planı, strategiya dəqiqləşsin, daha sonra ümumi axara uyğun olaraq məşqçi seçmək mümkündür. İndi baş məşqçi təyinatına tələsmək yanlışdır. Yığma üçün çalışdırıcı seçimi edilsə, deməli, Rövnəq Abdullayev və dəstəsi yenə də qalmağa, futbolun kökünə balta çalmağa davam etməyə çalışır.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Dünya futbolu2024-04-22 14:31

Məşhur yapon Kurtua ilə bir yerdə oyun izlədi

blank
Digər idman növləri2024-04-22 14:17

Rıbakinanın uğuruna Tokayev də biganə qalmadı

blank
Ölkə futbolu2024-04-22 14:01

Yarımfinal oyunları canlı yayımlanacaq

blank
Digər idman növləri2024-04-22 13:53

ATP reytinqində ciddi dəyişiklik olmadı

blank
Milli komanda2024-04-22 13:46

Fişer: “AFFA-dan təklif almamışam”

blank
Premyer-liqa2024-04-22 13:32

Rekordun bir addımlığında

blank
Milli komanda2024-04-22 13:16

Millimizin yekun heyəti açıqlandı

blank
Premyer-liqa2024-04-22 13:03

Tovuzda ilk darmadağın

blank
Dünya futbolu2024-04-22 12:49

“Borussiya” Sançonu saxlamaq istəyir

blank
Digər idman növləri2024-04-22 12:38

Bu gün Azərbaycan çempionatının qalibi bəlli olacaq

blank
Ölkə futbolu2024-04-22 12:23

II Liqada 22-ci turun təyinatları müəyyənləşdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm