Dünya futbolu
Yeni futbolçular almaq üçün “Çelsi” 4 yetirməsini satır
Yayda bəzi mövqeləri gücləndirmək üçün “Çelsi” bir neçə oyunçusunu sata bilər. Söhbət komandanın öz yetirmələrindən gedir.
İngiltərə insayderlərinin məlumatına görə, London klubu Konor Qallaher, Trevo Çaloba, Yan Matsen və Armando Broyanı sata bilər. Hazırda Yan Matsen icarə əsasında Dortmund “Borussiya”sında, Armando Broya isə “Fulhem”də oynayır.
Bu futbolçuların satılmasında əsas məqsəd mərkəz forvardı, sol cinah və mərkəz müdafiəçisi almaqdır.