Ölkə futbolu
Yeni mövsüm üçün avrokubokların təqvimi müəyyənləşib
UEFA 2024/25 mövsümü üçün Avropa kubokları yarışlarının təqvimini təsdiq edib.
Futbolinfo.az UEFA-ya istinadən xəbər verir ki, iyunun 18-də Çempionlar Liqası, yenidən bərpa olunan Avropa Liqası və Konfrans Liqasının birinci təsnifat mərhələsinin, iyunun 19-da isə həmin turnirlərin ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Çempionlar Liqasında birinci təsnifat mərhələsinin ilk oyunları 9/10 iyulda, Avropa Liqası və Konfrans Liqasında 11 iyulda, cavab matçları ÇL-də 16/17 iyul, AL və KL-də isə 18 iyulda təşkil olunacaq.
Yarışların qrup mərhələləri isə Çempionlar Liqası və Avropa Liqasında sentyabrda, Konfrans Liqasında isə oktyabrda başlanacaq.
ÇL-də ilk turun oyunları 17-19 sentyabrda, AL-də 25/26 sentyabr, KL-də isə 3 oktyabrda keçiriləcək.
2024/25 mövsümündən hər üç turnir yeni formatda keçiriləcək.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu