Ölkə futbolu
Yeni mövsümün püşkü atıldı
Bu gün Bakı İdman Sarayında futzal üzrə Yüksək, Birinci və İkinci Liqalarda 2022/23 mövsümünün püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, əvvəlcə gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan – Ermənistan dövlət sərhəddində törədilmiş genişmiqyaslı təxribatın qarşısı alınan zaman şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca hər 3 liqada ilk turun püşkü atılıb. Tədbir zamanı federasiya rəsmiləri klub nümayəndələrinin suallarını cavablandırılıb.
Yüksək Liqada komandalar 4, Birinci və İkinci liqalarda isə 2 dövrədə mübarizə aparacaq. Əsas mərhələni ilk 4 sırada başa vuracaq iştirakçılar pley-off oyunlarına yüksələcək. Lider dördüncü, ikinci pillənin sahibi isə üçüncü yerdə qərarlaşan komanda ilə üz-üzə gələcək. İki qələbə qazanan komandalar finala, məğlub olan iştirakçılar isə üçüncü yer uğrunda oyunda iştirak edəcək. Final və üçüncü yer uğrunda qarşılaşma bir oyundan ibarət olacaq.
Yüksək Liqa
1-ci tur, 26 sentyabr
Baku Fire – Neftçi İK
U-19 – Record
Araz-Naxçıvan – Alyans (Lənkəran)
Birinci Liqa
1-ci tur, 13-14 oktyabr
Baku Fire-2 – Şamaxı
Alyans Qrup – STAR kargo
VİFLY – Şuşa
Standard – U-17
Dəstə Ordubad – ADBTİA
İkinci Liqa
1-ci tur, 16 oktyabr
Dalğa – Advotak
Timsport – Zəngilan
Rəvan – Baku Fire-3
Metropoliten – Xan-Lənkəran
Çinar Zəngilan – Flaqman
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı