Dünya futbolu
Yetirməsi “Çelsi”ni “Liverpul”a dəyişir
Ardıcıl transferlərlə transfer bazarını lərzəyə gətirən “Çelsi” indi də heyəti tənizləməyə başlayıb. Yeni oyunçuların oynaması üçün heyətdə yer açmaq lazımdır və bu, bəzilərinin gedişi ilə əlamətdar olacaq.
Futbolinfo.az xəbər verir ki, “zadəganlar”ın maaş büdcəsi də “yüklənib”. Bu səbəbdən bəzi oyunçular satılmalı və ya icarəyə verilməlidir.
Pyer-Emerik Obameyanq və Hakim Ziyeşin İngiltərə paytaxtından ayrılması an məsələsidir. “Barselona”ya qayıtmaq istəyən qabonlu hücumçuyla bağlı məsələ tam aydın deyil. Onun gedəcəyi dəqiqdir, amma hansı komandaya üz tutacağı müştərilərindən hansının isrrlı olmasına bağlıdır. Ziyeş isə çox güman ki, “Roma”da qərar tutacaq.
Meyson Mount da “Çelsi”dən ayrılmaq niyyətindədir. Klubdakı durumundan narazı olan 24 yaşlı cinah hücumçusu yeni iş yeri axtarır. 2024-cü ilin yayına kimi londonlularla müqaviləsi qalan oyunçu bu müddəti artırmaqdan boyun qaçırıb. Onun “Liverpul”la danışıqlara başladığı haqda xəbərlər var.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı