Digər idman növləri
Yığmamız qran-pridə 5-ci yeri tutdu
Güllə atıcılığı üzrə Azərbaycan millisi Sloveniyanın Ruşe şəhərində keçirilən qran-pridə 5-ci yeri tutub.
Futbolinfo.az xəbər verir ki, yığma qarışıq komanda növündə 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə bu nəticəyə imza atıb.
Ruslan Lunyov – Nigar Nəsirovadan ibarət komanda 571 xal toplayıb. Qran-prinin qalibi 580 xalla Çexiya millisi olub.
Fərdi yarışda isə Ruslan Lunyov kişilər, Nigar Nəsirova qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə 15-ci yeri tutublar.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq