Milli komanda
Yığmamız üçün püşk atılır
Bu gün qadın futbolçulardan ibarət milli komandalar arasında AVRO-2025-in seçmə mərhələsinin püşkü atılacaq.
Futbolinfo.az saytının məlumatına görə, yeni formatda keçiriləcək turnir 3 liqadan ibarət olacaq. A və B liqalarında 16, C Liqasında isə 19 komanda yer alacaq.
Azərbaycan millisi püşkatma zamanı B Liqasında olacaq. İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə 16:00-da başlayacaq.
Yığmamız tədbir zamanı 4-cü səbətdən çıxacaq. Bu isə komandamızın yer aldığı qrupun autsayderi olacağını göstərir. Qruplarda oyunlar aprel və iyul aylarında keçiriləcək.
B Liqasındakı komandaların yer aldıqları səbətlər:
1-ci səbət: Portuqaliya, İsveçrə, Şotlandiya, Uels
2-ci səbət: Bosniya və Herseqovina, Serbiya, Xorvatiya, Macarıstan
3-cü səbət: Slovakiya, Şimali İrlandiya, Ukrayna, Türkiyə
4-cü səbət: Malta, İsrail, Kosovo, Azərbaycan.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı