Dünya futbolu
Yığmamızın rəqibində ayrılıq
Fransa millisinin keçmiş futbolçusu Tyerri Anri Belçika yığmasındakı işindən ayrılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Belçika Kral Futbol Assosiasiyasının baş direktoru Peter Bossart açıqlama verib.
O bildirib ki, 46 yaşlı mütəxəssis milli komandadakı işini davam etdirmək istəməyib. Qurum rəsmisi veteran hücumçunun qərarına hörmətlə yanaşdıqlarını bildirib.
Anri buna qədər yığmada keçmiş baş məşqçi Roberto Martinesin köməkçisi vəzifəsini icra edib.
AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə F qrupunda yer alan Belçika yığmasının yeni baş məşqçisi Domeniko Tedesko təyin olunub. İki komanda arasında ilk oyun sentyabrın 9-da Bakıda, növbəti matç isə noyabrın 19-da Brüsseldə keçiriləcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”