Milli komanda
Yığmamızın Slovakiya ilə 7-ci dueli
Futzal üzrə Azərbaycan millisi sabah – yanvarın 29-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya yığması ilə qarşılaşacaq.
Futbolinfo.az xəbər verir ki, 3-cü qrup çərçivəsində Bakı İdman Sarayında baş tutacaq görüş millimizin bu rəqiblə sayca 7-ci dueli olacaq.
Komandalar müxtəlif vaxtlarda 6 rəsmi oyun keçirib. Bu matçların 3-də millimiz qələbə qazanıb, iki qarşılaşmada isə heç-heçə qeydə alınıb. Yalnız ilk oyunda qələbəni rəqibimiz aktivinə yazdırıb.
27.10.1995. AÇSO. Slovakiya – Azərbaycan 2:0
30.03.2013. AÇSO. Slovakiya – Azərbaycan 1:2
15.09.2015. AÇSO-pley-off. Azərbaycan – Slovakiya 3:1
22.09.2015. AÇSO-pley-off. Slovakiya – Azərbaycan 1:1
26.10.2019. DÇSO. Azərbaycan – Slovakiya 2:0
01.02.2020. DÇER. Slovakiya – Azərbaycan 3:3
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq