Bizi izləyin

Ölkə futbolu

Yorğun “Qəbələ”nin “kötəklənməsi”

blank
blank

Misli Premyer Liqasının 2023/24 mövsümü heç-heçəsiz başladı. Bərabərliyin qeydə alınması ən real görünən oyunda – Konfrans Liqasından yorğun gələn “Sabah”la “Qəbələ”nin qarşılaşmasında hətta darmadağın izlədik.

Ümumiyyətlə, tur bolqollu alındı. 5 oyunun 3-də böyük hesabın qeydə alınması isə xüsusilə gözlənilməz oldu. 15 qolun vurulduğu turda əsas faoritlər olan “Qarabağ”la “Neftçi”nin ümumiyyətlə, fərqlənməməsi, 0:1 hesablı məğlubiyyətlə barışması mövsümün gərgin keçəcəyi ilə bağlı ehtimalları gücləndirdi.

“Sabah”ın “Qəbələ”ni 5:0 hesabı ilə məğlub etməsi komandalar arasındakı səviyyə fərqinin nəticəsi deyildi. Düzdür, bakılılar daha yaxşı heyətə malikdir. Amma “bayquşlar”ın avrokubok matçını evdə keçirməsi, səfərdən darmadağın olaraq gələn “Qəbələ”nin həm fiziki, həm də psixoloji cəhətdən düşüşdə olması nəticədə əksini tapdı.

Qonaqlar heyətə xeyli yeni futbolçu qatsa da, həm onların ustalıq səviyyəsi əvvəlkilərlə müqayisədə zəifdir, həm də uyğunlaşma dövrünü hələ arxada qoymayıblar. Bu üzdən ən böyük silahı komanda oyunu olan “qırmzı-qaralar” əziyyət çəkdi və avrokubokda mərhələ adlamaqla motivasya qazanan “Sabah” rəqibinə açımadı.

Bölgə təmsilçisinin son 3 oyunda 12 top buraxmaı da qeyd edilməlidir. Komandanın müdafiəsindəki problemlər öz yerində, qapıçı Kristof Atanqananın zəif oyunu da vurğulanmalıdır. Buraxılan toplardan azı 4-5-i onun vicdanına yazılmalıdır. Bəlkə də yeni transfer – ötən mövsüm “Şamaxı”da özünü yaxşı tərəfdən göstərən Rəşad Əzizliyə şans verməyin vaxtıdır.

“Sabah”da işlərin qaydasında getdiyi görünür. Lakin “Qəbələ” ilə dünənki oyuna görə “bayquşlar”a qiymət vermək olmaz. Yeni transferlər edilib, komandanın oyunu hələ tam “oturmayıb”. Buna rəğmən, yaxşı nəticə qazanmaq, ilk turdan zirvəni ələ keçirmək müsbət məqamdır.

“Sabah” rəhbərliyi Coy-Lens Mikelsi düşərgədə saxlamaq üçün mümkün olan hər şeyi etməlidir. Səudiyyə Ərəbistanından təklif alan oyunçu komandanın əsas lideridir, Aleksey Kaşukdan sonra onun da ayrılması komandaya hətta ilk “üçlüy”ə düşməyə problem yarada bilər. Ərələr satınalma bəndini aktivləşdirsə, edəcək bir şey qalmayacaq, amma Mikelsi saxlamaq naminə heç bir güzəşt edilməməlidir. Komandanın sabitliyi qoruması, daha da inkişaf etməsi üçün liderlərin saxlanılması vacibdir.

Mübarizə qızışdıqdan sonra “Sabah” Kaşukun yoxluğunu daha çox hiss edəcək. Onun əvəzinə gətirilən Jarl Marqarita yaxşı oyunçudur. Amma yalnız fərdi oyuna üstünlük verməklə, texnikalı olmaqla iş bitmir. Ukraynalının komandanı arxasınca aparmaq, çətin məqamarda matçın taleyini həll etmək bacarığı da var idi.

Mikels isə dünən meydana çıxdıqdan saniyələr sonra qol vurmaqla, daha sonra məhsuldar ötürmə etməklə necə vacib oyunçu olduğunu göstərdi. Almaniyalı da getsə, “Sabah” yenidən komanda quruculuğuna başlamalı olacaq.

İstənilən halda, turun ən qazanclı çıxan komandası “Sabah”, ən bərbad vəziyyətdə olanı “Qəbələ”dir. Ardıcıl 3-4 tur komandaların gələcək perspektivi baxımından önəmlidir. İndiki nəticələr bəlkə də mövsümün sonunda həlledici olacaq, mövsümün gedişinə təsir göstərəcək. Ona görə də heç bir bəhanə olmadan xalları qazanmaq lazımdır.

AĞA

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-04 15:20

“Bakı Marafonu-2024”ə görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq

blank
Ölkə futbolu2024-05-04 14:46

“Kəpəz”də 4 itki

blank
Ölkə futbolu2024-05-04 14:03

“Kəpəz”in elitada qalması yeni imkanlar yaradacaq” – Millət vəkili

blank
Digər idman növləri2024-05-04 13:22

Millimizdən Avropa kubokunda bürünc medal

blank
Dünya futbolu2024-05-04 12:36

Renat Dadaşovun komandasında yeni baş məşqçi

blank
Milli komanda2024-05-04 11:57

Millimiz İnkişaf Turnirində ikinci oyununu keçirəcək

blank
Ölkə futbolu2024-05-04 10:48

Ozan Can cəzalandı, komandası uduzdu

blank
Ölkə futbolu2024-05-04 10:19

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”

blank
Dünya futbolu2024-05-04 09:53

“Qəbələ”nin sabiq baş məşqçisi idman direktoru oldu

blank
Dünya futbolu2024-05-04 09:21

İsko ayın oyunçusu seçildi

blank
Premyer-liqa2024-05-04 08:00

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Premyer-liqa2024-05-03 20:46

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

blank
Digər2024-05-03 20:30

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-03 20:16

Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək

blank
Digər idman növləri2024-05-03 20:00

Alkaras Romada olmayacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm