Digər idman növləri
Yüksək Liqada və Super Liqada növbəti oyunların vaxtı açıqlandı
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Kişilər və qadınlar arasında keçirilən Azərbaycan çempionatlarında növbəti oyunların başlama yeri və vaxtı dəqiqləşib.
Futbolinfo.az xəbər verir ki, kişi voleybolçular arasında Yüksək Liqada 3-cü dövrənin son oyunları aprelin 4-də olacaq.
15-ci turun ilk qarşılaşmasında “Neftçi” “Murov”u (saat 15:00) sınağa çəkəcək. Ardınca “Sərhədçi” – MOİK (saat 17:00) oyunu baş tutacaq. Hər iki görüş “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunacaq.
Aprelin 5-də isə qadın voleybolçular arasında Super Liqada 4-cü dövrə oyunlarına start veriləcək. Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək 5-ci turun ilk matçı saat 16:00-da “Murov” və “Azərreyl” komandaları arasında olacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC – “Abşeron” duelinə start veriləcək.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var