Digər idman növləri
Yunan klubu yarım günə bütün formalarını satdı
Yunanıstanın “Panatinaikos” basketbol komandası 2023/24 mövsümü üçün yaşıl və ağ rəngdə yeni formalarını təqdim edib.
Təqdimatdan dərhal sonra yeni formalar klubun rəsmi mağazalarında satışa çıxarılıb. Günorta olmamış yaşıl rəngdə olan formalar tükənib. Bir neçə saat sonra isə Yunanıstan klubunun rəsmi mağazasında ağ formalar da bitib.
“Panatinaikos”un yeni formasının mərkəzində memarlıq abidəsi Afina Akropolunun şəkli var.
Qeyd edək ki, bu yay klub rəhbərliyi Avropada görünməmiş transfer pəncərəsi həyata keçirərək heyətini 14 ulduz basketbolçu ilə gücləndirib. Komandanın baş məşqçi vəzifəsinə isə türkiyəli mütəxəssis Ergin Ataman gətirilib.