Digər idman növləri
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi “Zaqreb Open”in qalibi oldu
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Xorvatiyada keçirilən “Zaqreb Open” turnirinin qalibi olub.
Futbolinfo.az xəbər verir ki, Aleksandr Tarakanovun rəhbərlik etdiyi kollektiv 2 qızıl, 1 bürünc medalla buna nail olub.
Komandamızın heyətində Ülvi Qənizadə (72 kq) və Sənan Süleymanov (77 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar, Həsrət Cəfərov (67 kq) üçüncü yeri tutub. Murad Məmmədov (63 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) isə 5-ci olaraq yığmanın hesabına xal yazdırıblar.
Nəticədə Azərbaycan millisi 95 xalla komanda hesabında “Zaqreb Open”in ən yaxşısı olub. Macarıstan 90 xalla ikinci, Türkiyə isə 81 xalla üçüncü yeri tutublar.
Sərbəst güləş üzrə Azərbaycan yığması 54 xalla komanda hesabında 4-cü olub. Qadınlardan ibarət milli isə 31 xalla 12-ci pillədə qərarlaşıb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq