Premyer-liqa
Yunis Hüseynov üçün əlamətdar oyun
Azərbaycan Premyer Liqasının 1-ci turu “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov üçün əlamətdar olub.
Futbolinfo.az PFL-ə istinadən xəbər verir ki, paytaxt klubunda debüt edən 45 yaşlı mütəxəssisin yetirmələri səfərdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib.
Bu, Hüseynovun baş məşqçi kimi ölkə çempionatında yubiley – 80-ci qələbəsi olub. O, buna 221-ci sınağında çatıb. Mütəxəssisin hesabında 56 heç-heçə və 85 məğlubiyyət də var.
Baş məşqçi kimi 2004/05 mövsümündə “Karvan”da debüt edən mütəxəssis qələbələrindən 64-nü Yevlax təmsilçisi ilə qazanıb. Hüseynov “Standard”da 3, “Xəzər Lənkəran”da 11, “Kəpəz”də 1 dəfə qalibiyyət sevinci yaşayıb.
Yunis Hüseynov ölkə çempionatlarında 80 və daha çox qələbə qazanan 10-cu baş məşqçidir.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”