Dünya futbolu
“Yuventus” Botelini istəyir
“Yuventus” Vinsli Boteliyə elçi düşüb. İsveçrəli futbolçu tezliklə A Seriyasında çıxış edə bilər.
Futbolnfo.az xəbər verir ki, 17 yaşlı oyunçu gələcəyin ulduzlarından hesab olunur. Münhenladbax “Borussiya”sının “Servett”dən ötən il aldığı Konqo əsilli hücumçu artıq özünü isbatlayır. O, Almaniya klubunun 17 yaşlılardan ibarət komandasında keçirdiyi 15 oyunda 17 qol vurub.
“Borussiya” 2025-ci ilin yayınadək ona məxsus olan futbolçuya yeni müqavilə təklif edib. Ancaq “Yuventus”un marağı oyunçunun tərəddüdünə səbəb olub. Yeni anlaşma əldə olunmasa, almanlar onu “Yuventus”a satmağa məcbur olacaq.