Dünya futbolu
“Yuventus” Briqentini transfer edib, Tureni icarəyə verdi
İtaliya çempionu “Yuventus” heyətinə yeni hücumçu cəlb edib.
Futbolinfo.az xəbər verir ki, Turin klubu “Monza”da çıxış edən Andrea Briqentini transfer edib.
“Qoca sinyora” 32 yaşlı forvardın keçidinə görə “Monza”ya 250 min avro ödəyib. Briqenti “Yuventus”un əsas yox, U-23 komandasında çıxış edəcək.
Andrea ötən mövsümün əvvəlindən “Monza”da çıxış edirdi. İtalyan hücumçu “Virtus Verona”, “Pavia”, “Sambonifacese”, “Renate” və “Kremoneze”də də forma geyinib.
“Yuventus” öz yarımmüdafiəçisi İdrissa Tureni də Niderlandın “Vitess” klubuna icarəyə verib. 22 yaşlı alman futbolçu mövsümün sonunadək Arnem təmsilçisinin uğurları üçün çalışacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?