Dünya futbolu
“Yuventus” rəsmən açıqladı – 90 milyon avroluq qənaət
İtaliya çempionu “Yuventus” koronavirus pandemiyasına görə yaranmış böhranla əlaqədar futbolçu və məşqçi heyətinin maaşını azaltmağa qərar verib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, mövcud vəziyyətlə əlaqədar futbolçulardan və məşqçilərdən bir neçəsi rəhbərliyə öz maaşlarını azaltmağa razı olduqlarını bildirib. Klub rəhbərliyi digər oyunçuların da fikrini öyrəndikdən sonra onların tələbini yerinə yetirib. Beləliklə, “Yuventus”da mart, aprel, may və iyun aylarının maaşları tam ödənilməyəcək. Klub bunun sayəsində bütövlükdə 90 milyon avroluq qənaət edəcəklərini açıqlayıb.
İtaliya nəhəngi futbolçu və məşqçi heyətinə göstərdikləri anlayışa görə təşəkkür edib. Klub bu qərarla bağlı daha detallı açıqlamanın daha sonra veriləcəyini bildirib.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı