Dünya futbolu
“Yuventus”un Berardi üçün növbəti cəhdi
“Yuventus” Domeniko Berardini heyətinə qatmaq istəyir. Turinlilər vinger üçün “Sassuolo”ya 30 milyon avro təklif edib.
Futbolinfo.az xəbər verir ki, “Yuve” onu komandadan ayrılıb “Benfika”ya keçən Anhel di Mariyaya əsas əvəzləyici kimi görür. Futbolçu da mühiti dəyişmək niyyətindədir.
Bir müddət öncə “Latsio” onu heyətinə qatmaq istəmiş, amma “Sassuolo”nun 30 milyonluq tələbini qarşılaya bilməmişdi. İndi isə “Yuventus” bunu etmək niyyətindədir.
“Sassuolo” yetirməsi 2013-cü ildə Turinə yollanmağa yaxın idi. Lakin o zaman “Qoca Sinyora” onun transfer hüquqlarının yarısına sahib olmuş və klubunda qalmasına razılaşmışdı. Daha sonra isə “Sassuolo” yenidən futbolçunun transfer hüquqlarına tam sahib çıxdı. İndi isə 28 yaşlı oyunçu arzusunu reallaşdıra bilər.