Dünya futbolu
“Yuventus”un Kessye israrı
“Yuventus” Frank Kessyeni İtaliyaya qaytarmaqda israrlıdır. Turin klubu ötən yay “Milan”ı azad agent kimi “Barselona”ya dəyişən yarımmüdafiəçini transfer etməyə çalışır.
Futbolinfo.az xəbər verir ki, İspaniya təmsilçisi də kot d ivuarlı futbolçu ilə vidalaşmağın əleyhinə deyil. Heyətə düşməkdə çətinlik çəkən futbolçunun satılması klubun maliyyə problemlərinə də müəyyən kömək etmiş olar. Lakin bunun üçün “Yuventus”un həm yarımmüdafiəçini, həm də klubunu razı salması lazımdır.
Turinlilər son olaraq 15 milyon avro təklif edib. “La Stampa”nın yazdığına görə, ispanlar 26 yaşlı Franka görə 25 milyon avro tələb edir.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə