Dünya futbolu
Zaqreb “Dinamo”su “Arsenal”a 5 qol vurdu, Mahir…

Yeni mövsümə hazırlığı davam etdirən Xorvatiya çempionu “Dinamo” növbəti yoxlama oyununda qüvvəsini sınayıb.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi Zaqreb təmsilçisi Monteneqronun “Arsenal” (Tivat) komandası ilə qarşılaşıb.
“Maksimir” stadionunda keçirilən oyun azarkeşlər üçün qapalı olub. “Dinamo” bu oyunda rəqibini 5:1 hesabıyla məğlub edib.
Mahir bu görüşün iştirakçısı olmayıb. Baş məşqçi Ante Çaçiç onun xidmətinə ehtiyac duymayıb.
Xatırladaq ki, Mahirin Emrelinin komandası iyulun 9-da Xorvatiya Super Kubokunda “Riyeka” ilə qarşılaşacaq.

- Ölkə futbolu2023-06-03 20:49
Xəbərimiz təsdiqləndi: AFFA İcraiyyə Komitəsi II Divizionun yaradılması üçün göstəriş verdi
- Ölkə kuboku2023-06-03 22:36
Ölkə kubokunu “Qəbələ” qazandı!
- Ölkə futbolu2023-06-03 13:30
Hamidu Keyta rəsmən “Qarabağ”da!
- Ölkə futbolu2023-06-04 08:50
“Neftçi”dən ayrılan futbolçuların ilkin siyahısı