Digər idman növləri
Zaretska Avropa Oyunlarının qalibi oldu, Qurbanlı “bürünc” qazandı
Azərbaycanın qadın karateçisi İrina Zaretska Polşada keçirilən 3-cü Avropa Oyunlarında qızıl medal qazanıb.
Futbolinfo.az xəbər verir ki, 68 kq-da çıxış edən təmsilçimiz finalda Yelena Kuiriçə (İsveçrə) 4:1 hesabı ilə qalib gəlib.
O, bundan əvvəlki mərhələlərdə Qalina Melniki (Ukrayna), Anita Makyan (Ermənistan), Alize Ajyeni (Fransa) məğlub edib.
Bununla da, o, karyerasında ikinci dəfə Avropa Oyunlarının qalibi olub. İrina bundan əvvəl Bakı-2015-də də qızıl medala yiyələnmişdi.
Digər karateçimiz Asiman Qurbanlı (84 kq) isə yarışı bürünc medalla başa vurub.
Xatırladaq ki, dünən digər karateçimiz Tural Ağalarzadə də qızıl medal qazanmışdı.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-07 14:20
Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?
- Layihə2024-05-07 11:30
İdman telejurnalistikası: müasir tələblər və problemlər