Ölkə futbolu
“Zenit”in braziliyalı futbolçusu “Neftçi” ilə oyunu buraxacaq
“Zenit”in braziliyalı futbolçusu Vendel “PARI Premyer” turnirində “Neftçi” ilə keçiriləcək ilk oyunu buraxacaq.
Futbolinfo.az saytının Rusiya mətbuatına istinadla məlumatına görə, buna səbəb 25 yaşlı yarımmüdafiəçinin yay təlim-məşq toplanışına hələ də qoşulmamasıdır.
Braziliyanın U-23 yığmasının sabiq üzvü bir neçə gün ərzində Rusiyaya qayıdaraq, məşqlərə başlayacaq. Lakin qısa müddətdə tam hazır vəziyyətə gəlməyəcəyindən, baş məşqçi Sergey Semak onu qarşıdakı matçlarda oynatmağı planlaşdırır.
Qeyd edək ki, “Zenit”lə “Neftçi” arasında oyun iyulun 1-də “Qazprom Arena”da keçiriləcək. Təmsilçimiz turnir çərçivəsində iyulun 8-də “Srvena Zvezda” (Serbiya), 15-də isə “Fənərbağça” (Türkiyə) ilə qarşılaşacaq.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”
- Ölkə futbolu2024-05-06 13:45
Qapıçının ilk qol ötürməsi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü