Dünya futbolu
Zinçenko üçün iki müştəri
Aleksandr Zinçenko yayda “Arsenal”dan ayrıla bilər. Ukraynalı sol cinah müdafiəçisinin iki real təklifi var.
Futbolinfo.az xəbər verir ki, 27 yaşlı oyunçunu transfer etməyə əsas namizəd “Nyukasl”dır. “Sağsağanlar” Londonda xoşbəxt olmadıqlarını düşündüyü Zinçenkonu transfer etmək üçün 33 milyon funt-sterlinq təklif etmək niyyətindədir. “Bayern” də vəziyyətə baxıb uyğun qərarı verəcək. Münhenlilər “Real”a satılacaq Alfonso Devisin yerinə namizədlərdən biri kimi ukraynalını hədəfə alıb.
“Arsenal”lın 2022-ci ilin yayında 35 milyon avro qarşılığında “Mançester Siti”dən aldığı Aleksandrın londonlularla 2026-cı ilin iyununadək müqaviləsi var.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı