Ölkə futbolu
“Zirə”dən “Qəbələ”yə 3 cavabsız qol
Yeni mövsümə hazırlığı davam etdirən “Zirə” və “Qəbələ” komandaları bu gün yoxlama oyununda üz-üzə gəlib.
Futbolinfo.az xəbər verir ki, Rəşad Sadıqov və Elmar Baxşıyevin çalışdırdığı kollektivlər Zirədə qarşılaşıb.
Zirə İdman Kompleksində keçirilən matçda meydan sahibləri darmadağına seviniblər. Qəsəbə təmsilçisinin heyətində ilk yarıda Qismət Alıyevlə Ağabala Ramazanov fərqlənib. Fasilədən sonra isə komandanın yeni transferlərindən olan Velves Damatsena matçın yekun nəticəsini müəyyənləşdirib.
Bu, “Qəbələ”nin hazırlıq çərçivəsində ilk yoxlama görüşü idi. “Zirə” isə buna qədər bir yoxlama oyunu keçirmişdi. Qəsəbə təmsilçisi “Sabah”la qolsuz heç-heçəyə razılaşmışdı.
Yoxlama oyunu
16 iyul
Zirə – Qəbələ 3:0
Qol: Qismət Alıyev, Ağabala Ramazanov, Velves Damatsena.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi