Premyer-liqa
“Zirə” və “Keşlə”nin futbolçularına sərt cəzalar
Bu gün AFFA İntizam Komitəsinin iclası keçiriıib. Futbolinfo.az xəbər verir ki, iclasda Premyer Liqanın 21-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Qəbələ” – “Keşlə” oyununda “Keşlə”nin futbolçusu Tərlan Quliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub. “Keşlə”nin digər futbolçusu Kamal Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.
“Neftçi” – “Zirə” oyununda “Neftçi”nin futbolçusu Eddi İsrafilov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. “Zirə”nin futbolçusu Coşqun Diniyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib. “Zirə”nin futbolçusu Ağabala Ramazanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydançaya daxil olduğu üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib. “Zirə”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq