Bizi izləyin

Ölkə futbolu

“Zirə”də yeni dönəm: Həşimovla adil davranmadılar

blank

“Zirə” yeni mövsümlə bağlı planlarını müəyyənləşdirməyib. Nə büdcə bəllidi, nə komandanın hansı iddiayla mübarizə aparacağı. Bu səbəbdən heyətdə olan, eləcə də anlaşması bitən futbolçular qeyri-müəyyənlikdə qalıb.

Dünən Zaur Həşimovun baş məşqçi postundan qovulması klub rəhbərliyinin kluba biganə olmadığını göstərdi. Yəqin ki, bu addımla ötən mövsümün əsəbini tökməyə adam tapdılar. “Qarşılıqlı razılıqla vida” adı qoyulsa da, əslində, bu, qışda edilən xeyli transferdən sonra uğursuzluğa düçar olmanın əvəzi idi. “Qəbələ”dən tələsik gətirilən Həşimov tam günahkar olmadığı nəticələrə görə qurban verildi. Yalnız top fərqinə görə “Sumqayıt”dan geri qalaraq Avropa Liqasına getməyən Zaur bəyin özünə bəraət qazandırmaq üçün şansı var. O, mövsüm dayandırılmayacağı halda hədəfə çataçağını iddia etsə, yalançı sayılmayacaq.

Həm də Həşimov qısa fəaliyyəti dövründə daha çox yıxılan sütunları bərpa etməyə çalışmasıyla yadda qaldı. Samir Abasovun bərbad günə qoyduğu heyəti təmizləməyə əmək sərf etdi, bitirilmiş büdcənin dibində qalanlarla 4-cü pilləyə şərik olmağ bacardı. Komanda qışdan sonrakı ilk turlarda hər nə qədər bərbad oynasa da, yekun nəticə faciəvi deyildi. Bu səbəbdən rəhbərliyin Həşimovla bağlı adil davranmadığını qeyd etməliyik.

İndi “Zirə”də yeni dönəm başlamalıdı. Və yəqin ki, öncə baş məşqçini seçmək lazım olacaq. Və həmin şəxsin planlarına, iddiasına görə büdcə müəyyənləşəcək. Sıradan biri posta təyinat alacaqsa, yeni mövsümdə ortabab “Zirə” görəcəyik. Yox, klub rəhbərliyi yüksək yerlər üçün döyüşməyə qadir məşqçiylə anlaşsa, o zaman fərqli düşünmək olar.

Klub rəsmilərinə inansaq, hazırda baş məşqçi postuna hətta namizəd də yoxdu. Lakin klub rəhbərliyinin yeni planı olmasaydı, çətin ki, belə gözlənilməz qərar bu qədər erkən verilərdi.
“Sumqayıt” ötən mövsüm kubokun finalına çıxanda, bu il isə avrokuboklara vəsiqə əldə edəndə “Zirə” rəhbərliyi təəssüf hissini köksündə sıxıb öldürürdü. Ayxan Abbasovu haqsız yerə postundan uzaqlaşdırdıqlarına hər gün bir daha əmin olurlar. “Qartallar”ı avrokuboka aparan bu məşqçi indi digər bir klubla uğuru sıralayırsa, “Zirə” elə həmin illərdə qalıb. Mövsümlər dəyişir, məşqçilər gəlib-gedir, hədəfə çatmaq olmur. Əvəzində daha az büdcəli “Sumqayıt” Abbasovla tarixinin ən yaxşı dönəmini keçirir.

Bəlkə elə buna görədi ki, Həşimovun istefa xəbəri elan olununca ən real namizəd kimi Ayxan bəyin adı çəkilməyə başlayıb. “Sumqayıt”dakı durumundan narazı olan, klub sponsorlarının yalanlarından bezən gənc məşqçi burada qalmaqda maraqlı deyil. Və bəlkə də “Zirə” bu şansdan yararlanmaq niyyətinə düşüb.

Amma Abbasov əsas namizəd olsa da, yeganə deyil. “Səbail”də rəhbərlikdəki iki cəbhə arasında təklənərək çalışan Aftandil Hacıyev durumundan bezib. Yəqin ki, real təklif olsa, o da paytaxt klubunu qəsəbə təmsilçisinə dəyişər.

Digər namizəd futbolçu karyerasını başa vuran Rəşad Sadıqovdu. Təbii ki, “Qarabağ”ın sabiq kapitanı bu postu tutsa, “Zirə”nin siması dəyişəcək, hədəflər böyüyəcək. Klubun bu iddiaya hazır olması üçün büdcə xeyli artmalı və Sadıqov həqiqətən “qartallar”da o potensialı görməlidi.

“Zirə”nin hansı strategiyanı seçəcəyi qarşıdakı günlərdə bəlli olacaq. Yeni məşqçinin sürpriz biri olmayacağı isə dəqiqdi.

AĞA

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Digər idman növləri2024-04-15 17:50

Yeni rekord – oturub-durmada

blank
Digər idman növləri2024-04-15 17:33

“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı

blank
Ölkə futbolu2024-04-15 17:19

Yunanovun 200-cü oyunu

blank
Premyer-liqa2024-04-15 17:07

“Sabah” 3 qolla 3-cü oldu

blank
Digər idman növləri2024-04-15 16:52

Azərbaycan para-badmintonçuları üçün İspaniya sınağı

blank
Premyer-liqa2024-04-15 16:35

Dörd matçda 1 qol

blank
Müsahibə2024-04-15 16:20

“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”

blank
Digər idman növləri2024-04-15 16:02

Avropa Cüdo Birliyi millimizin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib

blank
Digər idman növləri2024-04-15 15:45

Cordanın imzalı ayaqqabıları 482 minə satıldı

blank
Dünya futbolu2024-04-15 15:28

Krivotsyukun komandası səfərdə uduzdu

blank
Dünya futbolu2024-04-15 15:10

“Mançester Yunayted” zərbə altında

blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm