Ölkə futbolu
“Zirə”dən ayrıldı, Ukrayna klubları ilə danışıq aparır
İki gün əvvəl “Zirə”dən ayrılan Vladislav Kulaç karyerasını ölkəsi Ukraynada davam etdirəcək.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 30 yaşlı hücumçu vətəninə qayıdıb.
Kulaçın Ukrayna Premyer Liqasının 4 klubu ilə danışıq apardığı bildirilir. Həmin komandalardan ikisinin “Krivbass” və “Metallist” olduğu dəqiqdir. Digər iki klubun adı isə açıqlanmayıb. Onun yaxın günlərdə bu klublardan birinə keçidi gözlənilir.
Qeyd edək ki, Vladislav Kulaç “Zirə”də olduğu bir il ərzində 24 oyun keçirib, 4 qola imza atıb.