Premyer-liqa
“Zirə”nin futbolçusu “100”ə çatdı
Futbol üzrə Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində baş tutan “Sumqayıt”la ev oyununda (1:0) meydana çıxan İlkin Muradov “Zirə”nin heyətində 100-cü matçını keçirib.
Futbolinfo.az xəbər verir ki, o, Premyer Liqada 86, Azərbaycan kubokunda 14 dəfə şans qazanıb. Yarımmüdafiəçi turnirlərin hərəsində 2 qola imza atıb.
İlkin klub tarixində 100 və daha çox oyun keçirən ikinci futbolçudur. Onadək yalnız Adil Nağıyev buna nail olub. Sabiq müdafiəçi “Zirə”də 103 dəfə meydana çıxıb.
Muradovun “Zirə”nin heyətindəki ilk oyunu 2017-ci il aprelin 29-na təsadüf edib. Həmin gün “Zirə” Premyer Liqanın səfər matçında AZAL-ı 3:0 hesabı ilə məğlub edib.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib