Ölkə futbolu
“Zirə”nin futbolçusu Bolqarıstan klubunda – tibbi müayinədən keçdi
Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov Bolqarıstanın “Arda” klubunda tibbi müayinədən keçib. 20 yaşlı müdafiəçi bu barədə şəxsi instaqram hesabında paylaşım edib.
Hüseynovun Bolqarıstan təmsilçisi ilə üç illik müqavilə imzalayacağı gözlənilir. (Report) Bolqarlar onun üçün “Zirə”yə 30 min avro təklif edib.
Qeyd edək ki, 2020-ci ildən “Zirə”nin əsas komandasında yer alan Cəlal Hüseynov ötən mövsüm icarə əsasında “Şamaxı”nın formasını geyinib. Bir müddət öncə Portuqaliya “Benfika”sının diqqət mərkəzində olan futbolçu pandemiya səbəbindən bu məşhur kluba yollana bilməmişdi.
Məlumat üçün bildirək ki, Bolqarıstan çempionatının əsas klublarlarından olan “Arda” son mövsümdə 16 komanda arasında 8-ci pillədə qərarlaşıb.